Sadıq Dadaşov

Sadıq Ələkbər oğlu Dadaşov (15 aprel 1905 – 24 dekabr 1946) — Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ Dövlət Mükafatılaureatı (1941).

Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur. [1]

Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir.[2]

O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur.[3]

Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.[4]

1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur. [5]

O, “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilmişdir. [6]

Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.[7]

Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934-1940 və 1944-1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.[8]

Sadıq Dadaşov memarlıq və nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovlabirgə yaratmışdır. Sadıq Dadaşovun layihəsi əsasında Bakıda və respublikanın digər şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları tikilmiş və bu memarlıq əsərləri Azərbaycan memarlığının inkişafında böyük rol oynamışdır.[9]

Sadıq Dadaşov 1929-1933 illərdə 23 tikilinin layihəsini vermişdir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; hər ikisi 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (hamısı 1933) aiddir.

Sadıq Dadaşovun əsas işləri:

  • Azərbaycan Texniki Universitetinin binası (1935)
  • “Nizami” kinoteatrının binası (1934)
  • Bakı Musiqi Akademiyasının binası (1936)
  • Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası (1940) və s.

Sadıq Dadaşov Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə , 1949-cu ildə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir.

Check Also

BÜYÜK TÜRK ŞAİRİ ŞEHRİYAR’IN VEFATININ 31’İNCİ YIL DÖNÜMÜ

Türk dünyasında şiirleriyle adı her zaman anılan, “Heyder Baba” (Haydar Baba) şiiriyle tanınan, Azerbaycan Türkü …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir